Fransanın ən yüksək maaş alan idmançısı - Pol Poqba

24 Fevral 2018 13:21 (UTC+04:00)

“L’Equipe” nəşri Fransanın ən yüksək maaş alan idmançılarının siyahısını dərc edib. SİA-nın məlumatına görə, siyahının ilk pilləsində "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba qərarlaşıb. Onun ötən il gəliri 22 milyon 200 min avro olub. Bununla da 25 yaşlı oyunçu siyahının əvvəlki lideri basketbolçu Toni Parkeri (19 milyon 700 min avro) qabaqlayıb.

Qeyd edək ki, siyahıda ilk “üçlüy”ü “Atletiko”nun futbolçusu Antuan Qrizmann (19.1 milyon avro) tamamlayır.