Tovuzda imzatoplama kompaniyası uğurla davam etdirilib

19 Fevral 2018 17:24 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində YAP-ın Azərbaycan Respublikası Prezidentliyinə namizədi Cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi üçün seçici imzalarının toplanması kompaniyasını uğurla həyata keçirib. Fevralın 17-də böyük mütəşəkillik və ruh yüksəkliyi ilə başlanan imza toplama kompaniyası fevralın 19-da başa çatıb. İmzatoplama prosesində iştirak edənlərlə yanaşı əhalinin müxtəlif zümrələri kompaniyanın gedişinə böyük maraq və həvəs göstərmiş və Cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imza vermək arzularını ifadə etmişlər.

23 nəfər imza toplayan YAP fəalı 104 saylı Gədəbəy -Tovuz,105 saylı Tovuz və 106 saylı Tovuz Qazax Ağstafa seçki dairələri üzrə müəyyən olunmuş dislokasiyaya uyğun olaraq ümumilikdə 1150 seçici imzası toplayıblar.