Biləsuvarda imzatoplama kampaniyasına uğurla başlanılıb

19 Fevral 2018 13:16 (UTC+04:00)

11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar imzatoplama kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Yeni Azərbaycan Partiyasının üzvü olan könüllülərdən ibarət qrup yaradılaraq onlarla müvafiq treninqlər keçirilib.

Qeyd edək ki, Biləsuvar rayonu üzrə 2 seçki dairəsi fəaliyyət göstərir. 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə seçicilərin sayı 48512, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi üzrə seçicilərin sayı 9049 nəfərdir. Həmin dairələrdən imzatoplama kampaniyasına uğurla başlanılıb. Rayonun Nəsimi və Ağayrı kəndlərində imzatoplama kampaniyası müvəfəqiyyətlə başa çatdırılıb.

Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentliyə namizəd cənab İlham Əliyevin müdafiəsi üçün aparılan imzatoplama kampaniyası Biləsuvar rayon təşkilatı tərəfindən böyük ruh yüksəkliyi ilə başa çatdırılıb.