Lerik sakinləri imzatoplamada aktivlik nümayiş etdirir

19 Fevral 2018 12:09 (UTC+04:00)

Bu ilin aprel ayında Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq işləri hər yerdə olduğu kimi, ucqar Lerik rayonunda da uğurla davam etdirilir.

Rayon təşkilatından SİA-ya verilən məlumatda bildirilir ki, bu gtün səhər saatlarından başlanaraq Lerik şəhər, Çayrıq və Şingədulan ərazilərində seçicilər YAP-ın namizədi üçün imzatoplama kampaniyasında yüksək fəallıqla iştirak ediblər. Seçicilər yekdilliklə bildiriblər ki, onlar hər zaman olduğu kimi bu ilki seçkilərdə də ən layiqli namziədə səs verəcəklər.