Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin 9 ayının hesabatını açıqladı - Tədbir

27 Oktyabr 2010 22:27 (UTC+04:00)
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari ilin 9 ayın nəticələrinə dair hesabat tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən ƏƏSMN-nin mətbuat xidməti Elnur Kələntərli bildirib ki, cari ilin birinci yarısında əlil və şəhid ailələri üçün Gəncə, Lənkəran və Quba şəhərlərində 36, Cəlilabad rayonunda 16 və 36, Gədəbəy rayonunda 16, Bakı şəhərinin Qaradağ rayonunda 81 mənzilli yaşayış binalarının inşası tam başa çatdırılaraq istismara hazır vəziyyətə gətirilib. Onun sözlərinə görə, bu günlərdə Lerik və Neftçalada 16, Balakən şəhərində isə 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib, eyni zamanda İsmayıllı rayonunda 36, Bakı şəhərinin Yasamal və Sabunçu rayonlarında 81 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Gəncə şəhərində 36 mənzilli, Bakı şəhəri Xəzər rayonunda isə 81 mənzilli yaşayış binalarının tikintisinin başa çatdığını və istismara vermək üçün son tamamlanma işlərinin aparıldığını deyən E.Kələntərli vurğulayıb ki, bundan əlavə 200 fərdi yaşayış evlərinin 147-də tikinti quraşdırma işləri başa çatmaq üzrədir, 53-də isə tikinti quraşdırma işləri davam etdirilir.

"Ümumilikdə, indiyədək 3 500-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. İlin ötən dövründə 240 ədəd minik avtomobili bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyə qədər 2 900-dən artıq əlil dövlət hesabma minik avtomobili ilə təmin edilib. İlin sonuna kimi 200 avtomobilin verilməsi planlaşdırılır. Cari ilin sonuna kimi 40 rayonda 200 fərdi ev tikilərək istifadəyə veriləcək. Əlil vətəndaşlara dövlət qayğısı çərçivəsində ölkədə 14 reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bu il 16654 vətəndaş ilkin əlil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1601 nəfər təşkil edib. Tam reabilitasiya edilənlərin sayı isə 3 098 nəfər artaraq 8 817 nəfər olub. Bu müddətdə tam reabilitasiya göstəricisi 5,8 faizə yüksəlib", - deyə o qeyd edib.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, qeyd olunan müddətdə Məşğulluq Xidməti orqanları tərəfindən 18 701 nəfər işaxtaran vətəndaş münasib işlə təmin edilib, 1177 nəfər haqqı ödənilən ictimai işlərə, 2 991 nəfər isə peşə hazırlığı kurslarma cəlb edilib. Cari ilin 9 ayında respublikamn şəhər və rayonunda keçirilən yarmarkalar nəticəsində 4 134 nəfər işsiz vətəndaşın münasib işlərlə təmin olunduğunu deyə E.Kələntərli bu dövr ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən "Əmək Birjaları" tərəfindən 2 902 nəfər işsiz vətəndaşın, o cümlədən 1 637 nəfər qadm, 1 317 nəfər gənc, 128 nəfər qaçqın və məcburi köçkün, 24 nəfər əlilın müvəqqəti xarakterli işlərə cəlb olunduğunu deyib. Onun sözlərinə görə, Bakı, Gəncə şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə "Karyerada ilk addım" devizi altında keçirilən yarmarkalarda 271 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub, 73 254 nəfər peşəyönümü məsləhətlərinə cəlb olunublar.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsi tərəfindən 2010-cu ilin 9 ayı ərzində 4472 əcnəbiyə fərdi icazə verilib və ötən illər ərzində verilən 1812 fərdi icazənin müddəti uzadılıb. Cari ilin 1 oktyabr tarixinə Azərbaycanda fərdi icazə əsasında 971 müəssisədə 8 166 əcnəbi işləyib ki, bu ötən ilin müvafiq dövründə fərdi icazə əsasında işləyənlərin sayından 2 929 nəfər çoxdur. Bu müddət ərzində 206 əcnəbiyə verilmiş fərdi icazə qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilib. Fərdi icazə əsasında işləyənlər ötən illərdə olduğu kimi, tikintidə (41,6%) və mədənçıxarma sənayesində (29,1%) üstünlük təşkil edirlər. Hazırda respublikada fərdi icazə əsasında 87 ölkənin vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur ki, onlar arasında Türkiyə Respublikası (3855 nəfər), Böyük Britaniya (1416 nəfər), Gürcüstan (312 nəfər), Çin (299), Hindistan (236 nəfər), ABŞ (218 nəfər), İran (184) və Rusiya (167 nəfər) vətəndaşları çoxluq təşkil edir. Daxili əmək bazarında müvafiq mütəxəssislərin mövcudluğu və təqdim olunan sənədlərdə çatışmazlıqların olması səbəbindən 619 əcnəbiyə fərdi icazə verilməsindən imtina edilmişdir. Məlumat üçün bildirək ki, daxili əmək bazarında yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə cari il üçün respublikada əmək miqrasiyası kvotası 10 700 nəfər təsdiq edilib", - deyə o əlavə edib.