Nəsimi rayonunda imzatoplama kampaniyasında yüksək fəallıq müşahidə olunub

16 Fevral 2018 19:29 (UTC+04:00)

Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin müdafiəsi üçün Nəsimi rayonunda imzatoplama kampaniyası keçirilib. SİA-nın verdiyi məlumata görə, imza toplama kampaniyasından öncə imza toplayacaq partiya fəalları üçün treninq keçirilib və imzatoplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib.

Daha sonra 11 aprel 2016-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsinin seçki qəragahının üzvləri arasında iş bölgüsü aparıb və görülməsi nəzərdə tutulan digər məslələ bir daha müzakirə olunub. Artıq 16 Fevral tarixindən nəsimi rayonindan imzaların toplanmasına başlanmışdır. İmzatoplama marafonu üçün YAP Nəsimi rayon təşkilatının binasında xüsusi şərait yaradılmışdır . Marafonun ilk günündə 693 partiya üzvü məmnuniyyətlə YAP Nəsimi rayon təşkilatının binasına gələrək, ümumxalq partiyası olan YAP tərədfindən irəli sürülmüş namizədin dəstəklənməsini öz imzaları ilə təsdiq etmişlər.

Qeyd edəkk ki, Nəsimi rayon ərazisi üzrə 3 dairə-21, 22, 23 saylı dairələr fəaliyyət göstərir. Seçkiyə start verildiyi gündən 27 nəfərdən ibarət Seçki qərargahı yaradılmış və onlar arasında iş bölgüsü aparılmışdır. Seçki məcəlləsinə uyğun olaraq, bütün işlər təsdiq olunmuş fəaliyyət planı əsasında həyata keçirilir. YAP Nəsimi rayon təşkilatı üzrə hər üç dairəni əhatə etməklə 1450 nəfərdən imza toplanılmalıdır. Rayon təşkilatının 29892 nəfər partiya üzvü var. Bunlardan 7 minə yaxın partiya üzvü Nəsimi rayonunda yaşamaqla bərabər bu rayonda qeydiyyatdadırlar.

NƏZAKƏT