Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin müdafiəsi üçün Qobustan rayonunda imzatoplama kampaniyası keçirilib.
Kampaniyadan öncə, imza toplayan fəallara treninq keçirilib. İmzatoplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib.
Fevralın 16-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin fəalları 50 saylı Abşeron- Qobustan Seçki Dairəsi üzrə Qobustan seçki məntəqələrinin ərazisindən tələb olunan sayda imza toplayıblar.
Yüksək aktivlik şəraitində baş tutan prosesdə Yeni Azərbaycan Partiyasının Seçki Qərargahının Qobustan rayon şöbəsinin 5-dən artıq fəalı iştirak edib. Hər bir fəal 1 imza vərəqəsini doldurmaq üçün məntəqə hüdudları üzrə sakinlərlə görüşüb, eyni zamanda, rayon təşkilatının qərargahında da imza yığıblar. Ümumilikdə, rayon üzrə 250 imzanın toplanması nəzərdə tutulmuşdur. Bu işlə əlaqədar 5 nəfərdən ibarət imza toplayan qrup hazırlanmış və onlarla treninqlər keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin sədri Füzuli Gülaliyev imzatoplama kampaniyası ilə əlaqədar bildirib ki, seçicilər kütləvi şəkildə Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin müdafiəsi üçün imzalarını verərkən, dövlətimizin başçısının siyasətini dəstəklədiklərini və seçkilərdə Ona səs verəcəklərini də deyiblər.
İNAM