YAP Xəzər rayonunda imzatoplama kampaniyası

16 Fevral 2018 17:31 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib. SİA-nın verdiyi məlumata görə, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, seçki prosesinə ciddi şəkildə hazırlaşırıq: "Biz öz işimizi partiyanın proqramı və seçki məcəlləsinin müdəalarına uyğun planlı şəkildə davam etdiririk. Qeyd edim ki, Xəzər rayonu üzrə 2 seçki dairəsi mövcuddur. 13 saylı Xəzər-Pirallahı seçki dairəsi və 14 saylı Xəzər Seçki Dairəsi. Artıq qərargahda seçkilərə hazırlıqla bağlı bir sıra tədbirlər görülüb. Belə ki, partiyanın namizədi üçün seçici imzası toplayacaq 18 partiya fəalı müəyyənləşib. Həmin 18 nəfər rayon ərazisini yaxşı tanıyan, seçki təcrübəsi olan insanlardır. Bu gündən artıq imzatoplama kompaniyası uğurla həyata keçirilir. Seçicilər böyük aktivlik nümayiş etdirilər".