Kürdəmirdə 11 Aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəlü sürülmüş namzədin imzatoplama kampaniyasına start verilib. SİA-nın məlumatına görə, YAP Kürdəmir rayon təşkilatı və Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli bildirib ki, Seçki Qərargahı növbəti mərhələyə start verib.
Bu günə qədər partiyamızın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlərin uğurla həyata keçirildiyini söyləyən Ağali Kərimli deyib ki, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin müdafiəsi üçün imzatoplama kampaniyasına cəlb olunmuş partiya fəalları bu mərhələni də uğurla başa vuracaqlara: "Artıq partiyamız tərəfindən irəli sürülən namizədin – ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin imzatoplama kampaniyasına başlamışıq. İmzatoplama prosesinə YAP Kürdəmir rayon təşkilatından 12 nəfər səriştəli partiya fəalı cəlb olunub. Hər bir fəal bir imza vərəqəsini doldurmaq üçün dairə hüdudları üzrə sakinlərlə görüşüb, eyni zamanda rayon təşkilatının qərargahında da imza toplanılır. Seçicilər böyük həvəs və maraqla müstəqil Azərbaycanımızın uğurları naminə çalışan, işıqlı gələcəyimizin qarantı olan namizədimiz - cənab İlham Əliyevin lehinə imzalarını verirlər. Kürdəmirlilər bu prosesdə yüksək fəallıq göstərirlər".