Yasamal rayonunda imzatoplama kampaniyasına start verilib

16 Fevral 2018 17:10 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib. Bakının Yasamal rayonu ərazisində də bu gündən kampaniyaya başlanılıb.