Qaradağ rayonunda seçki hazırlığına start verildi

16 Fevral 2018 12:42 (UTC+04:00)

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsi prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib. SİA-nın verdiyi məlumata görə, rayon şöbəsinin üzvlərinin iştirakı ilə keçirilən toplantıda imzatoplama kampaniyası ilə bağlı görüləcək işlər, seçicilərlə aparılacaq ümumi və fərdi söhbətlər, müzakirələr, təbliğat-təşviqat kampaniyası zamanı qanunvericiliyə uyğun olaraq ayrılacaq yerlərdə təbliğat xarakterli materialların yapışdırılması və digər məsələlər müzakirə olunub və iş bölgüsü aparılıb.