Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşlarla görüşəcək

15 Fevral 2018 12:17 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 20-də Füzuli rayonunun Horadiz şəhərində Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarının sakinlərini qəbul edəcək.

Komitədən SİA-ya bildiriblər ki, qəbul Füzuli rayon Heydər Əliyev Mərkəzində (Füzuli rayonunun Horadiz şəhəri, Heydər Əliyev prospekti) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.