Müxalifət daxilində heç bir fəaliyyət göstərməmələri ciddi dəyişikliklərin olmasının labüdlüyündən xəbər verir. Ələlxüsus da, dağıdıcı müxalifətin partiya sədrləri postlarını başqalarına həvalə etməsələr, düşərgə daxilində hər hansı "yeniliyin" olacağına ümid etmək qeyri-mümkündür. Radikalların ağılsızcasına hərəkət edən partiya sədrlərinin düzgün olmayan siyasət aparmalarının nəticəsidir ki, onlar keçirilən heç bir seçkidə uğur əldə edə bilməyiblər. Əgər gecə-gündüz "demokratiya" deyib bar-bar bağırırlarsa, onda düşərgə daxilində partiya sədrlərindən hansısa birinin dəyişməsinin şahidi olsaq, onda biz də onlara demokratiyaya uyğun addım atılmış oldu deyə bilərik. Niyə?
Niyəsi odur ki, nəinki hər çıxışlarında, hətta bütün günü sosial şəbəkələrdə ancaq demokratiyadan dəm vururlar və özlərini demokrat kimi xalqa sırımağa çalışırlar. Nədi-nədi bu ağıldankəmlər, guya demokratiya uğrunda mübarizə aparırlar. Yaxşı, deyirsiz demokratıq, ölkədə demokratiya boğulur, ay nə bilim nə? Bəs onda bunlardan soruşmaq lazımdır ki, 30 ilə yaxın bir müddətdə bir iş görüb, hansısa dəyişiklik etmirsizsə, nəyə əsasən sədr kimi qalmaqdasız? Sizi inandırım ki, bu yaşda meşədə ağac qalmayıb. Elə buna görə də, sözün əsl mənasında, bu partiyalarda demokratiyadan danışmağa dəyməz. Əgər bu dağıdıcılar içərisində həqiqi demokratiyadan söhbət gedirsə və normal şəkildə partiyada hər hansı yenilikçi işlər aparılarsa, onda gərək vaxtaşırı partiyalarda sədrlər də dəyişilə. Demək olar ki, bütün dünya ölkələrində belə bir qayda var. Təsəvvür edin ki, demokratik ölkələrində bu üsuldan istifadə edilir. Hansısa partiya sədri istənilən seçkidə uğur qazana bilmirsə, o, partiya sədrliyindən istefa verir. Əgər oturub-durub demokratiyadan danışırlarsa, onda gərək bizim də müxalifətdə olanlar bu üsuldan istifadə etmiş olsunlar. Bir sözlə, dağıdıcı müxalifət sədrlərinin yerlərini başqalarına vermələri, bəlkə də sözügedən düşərgədə hansısa dəyişikliklərin olacağına səbəb ola bilər. Bəlkə onda həqiqi rəqabət aparmağa dəyər.
Partiya sədrlərinin ölkədə keçirilən seçkilərdə heç bir uğur əldə edə bilməmələrinin əsas səbəbi də onların düzgün olmayan siyasət yürütmələridir. Ona görə də, radikal müxalifət partiya sədrləri ağıllarına gələn siyasəti aparırlar, heç kimlə hesablaşmadan öz başına istədikləri səhv qərarı verirlər, amma sonda səhvlərini billə-bilə bunu etiraf etmirlər və bu partiya daxilində narazılıqlara, parçalanmalara gətirib çıxarır.
Heç kəsə sirr deyil ki, dağıdıcı müxalifət partiyaları xaricdə olan maraqlı qüvvələr tərəfindən maliyyələşdirilir. Onu da qeyd etmək lazımdır ki, respublika qanunlarına görə, ölkədə fəaliyyət göstərən partiyalar xaricdən maliyyələşə bilməzlər və maliyyələşməyəcəklər də. Bax, elə bu da onların sonunu gətirəcək.
Afət TAHİRQIZI