Sabunçu rayonunda yanğın olub

15 Fevral 2018 03:02 (UTC+04:00)

Bakının Sabunçu rayonunda yanğın olub. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​