Tarkan ata olacaq VİDEO

9 Fevral 2018 12:23 (UTC+04:00)

Müğənni Tarkandan xoş xəbər var. SİA-nın məlumatına görə, ifaçı ata olacaq. O, bu haqda "İnstagram" səhifəsində məlumat verib. Belə ki, sənətçi sosial şəbəkədə video paylaşaraq bu sözləri deyib: “Xeyli vaxtdır yazılır. Bu məsələ ilə bağlı çox danışılır. Bizdən də hər gün soruşurlar ki, "Doğrudur?" "Elə bir şey yoxdur", desək də, inanmırlar. Deməli, hiss edirlər. Bəlkə də haqlıdırlar. Bəli, doğrudur, ata olacam. Çox xoşbəxtəm, bunu sizlə paylaşmaq istədim”.

Qeyd edək ki, Tarkan pərəstişkarı Pınar Tevetoğlu ilə evlidir. Pınar 3 aylıq hamilədir.