Son 4 ayda Kərkükdə 19 türkmən qətlə yetirilib

9 Fevral 2018 05:21 (UTC+04:00)

İraqın neftlə zəngin Kərkük bölgəsində son 4 ayda yerli sakinlərdən 19 türkmən sui-qəsdin qurbanı olub. “Report” TRT-yə istinadən xəbər verir ki, türkmənlərə hücumlar sui-qəsd şəklində hazırlanır və qatillərin çoxu məlum deyil.

İraq İnsan Haqları Dərnəyinin sədri Neşet Baytalı bildirib ki, 2017-ci il oktyabrın 16-dan ölkənin şimalındakı kürd muxtariyyətinə bağlı “peşmərgə” adlı silahlılar Kərkükdən çıxarıldıqdan sonra öldürülənlərin sayı artıb.