Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan I Divizion təmsilçisi "Xəzər" futbol klubu sonuncu yoxlama oyununa çıxıb. SİA-nın məlumatına görə, komanda azərbaycanlılar tərəfindən yaradılan və Avstriyanın 3-cü liqasında çıxış edən Vyananın "Qarabağ" klubu ilə qarşılaşıb. Oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Xəzər" bundan əvvəl Bolqarıstanın "Vereya" və Türkiyənin "Kəmərspor" klubuna 2:1 hesabı ilə qalib gəlib, Almaniya “Vakker”inə 0:3 hesabı ilə uduzub.