Standart ölçüdən artıq böyüklükdə sinəyə sahib olan qadınların sayı məhdudur. Mütəxəssislər böyük sinənin qadınların həyat keyfiyyətini aşağı saldığını bildirir. Böyük döşlər boyun və bel ağrısıyla yanaşı, qadının istədiyi geyimi geyinə bilməməsi, sinəsini gizlətməyə çalışması ilə bağlı olaraq fiziki və psixoloji problemləri eyni anda gətirir.
Sinə ölçülərinin standartdan böyük olması qadınlarda estetik qüsur hesab olunur. Döşlərin böyük və sallanan olması sadəcə estetik görünüş pozğunluğu vermir, eyni zamanda boyun, kürək ağrısına və qollarda keyimələrə səbəb olur. Böyük döşlərin önə sallanması nəticəsində beldə qozbellik, döşlərin alt hissəsində isə tez-tez tərlədiyindən səpgilər yaranır.
İri döşlər qadınlarda psixloji problemlərə də yol açır. Bu qadınlar hər zaman sinələrini gizlətməyə çalışır, ictimai yerlərdə bütün diqqətlərin onun üzərində olduğunu düşünüb sıxılarlar. Belə halda qozbel durmağa başlayar və bununla kənardan “özünə güvənməyən biri” təsirini bağışlamış olur.