İranda oğrunun əlləri kəsildi

25 Oktyabr 2010 19:07 (UTC+04:00)

İranda oğurluq etdiyi üçün həbs edilən məhkumun əlləri kəsilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Yazd şəhərindəki həbsxanalardan birində 32 yaşlı məhkumun əlləri başqa məhkumların gözü qarşısında kəsilib.

 

Qeyd edək ki, əlləri kəsilənin adı və onun nə oğurladığı bilinmir.

 

Xatırladaq ki, bu son bir ayda İran məhkəməsinin əl kəsilməsi barədə verdiyi ikinci qərardır. Birinci tutulan şəxs ötən həftə şəkər tozu oğurladığına görə həbs olunmuşdu.