Bu gün RRB ÜRK-12 konfransına hazırlıqla bağlı toplantı öz işinə başlayacaq

25 Oktyabr 2010 18:44 (UTC+04:00)
Bu gün Belarusiyanın Minsk şəhərində Regional Rabitə Birliyinin (RRB) ÜRK-12 Konfransına hazırlıqla bağlı işçi qrupunun toplantısı keçiriləcək. Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantıda ölkəmizi DRİ-nin baş mühəndisi İlham Əfəndiyev təmsil edəcək.

Qeyd edək ki, toplantı 29 oktyabra qədər davam edəcək.