Əfqanıstan prezidenti Həmid Kərzai bildirib ki, onun hökuməti özəl təhlükəsizlik şirkətlərinin ölkədən çıxarılması vədinə sadiq qalır, lakin başlıca layihələri bir daha nəzərdən keçirəcək. SİA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, Kərzai avqust ayında səfirliklər və hərbi bazaların təhlükəsizliyini qoruyan şirkətlər istisna edilməklə özəl təhlükəsizlik şirkətlərinin bu ilin sonuna qədər ölkədən çıxması haqda fərman imzalayıb.
Kərzai Əfqanıstanın qərarının qəti olduğunu bildirib, lakin deyib ki, inkişafa dair beynəlxalq layihələr təhlükəsizliyin qorunması ilə bağlı ehtiyaclarını hökumətə çatdırmalıdır.
Dünən ABŞ dövlət katibi Hillari Klinton Kərzaiyə zəng edərək, müqavilə əsasında çalışan şirkətlər və yardım agentliklərinin işi pozulmadan özəl təhlükəsizlik şirkətlərinin ölkədən mərhələli çıxması üçün birgə planın hazırlanmasını tövsiyə edib