İngiltərənin “Lids” futbol klubu bir həftə əvvəl təqdim olunmuş emblemindən imtina edib. SİA-nın məlumatına görə, klub azarkeşlərlə əlavə məsləhətləşmələr aparacaq və yeni variant təqdim edəcək.
Klubun yeni emblemdən imtinasının səbəbi azarkeşlərin mənfi münasibətidir. Bu emblemə qarşı petisiyanı 77 mindən çox azarkeş imzalayıb.