"Türkiyə ilə İsrail arasındakı gərginlikdən narahatıq"

24 Oktyabr 2010 21:20 (UTC+04:00)

İsrail dövlәt naziri Benny Begin İsrail hökumәtinin Türkiyә ilә ölkəsi arasındakı böhrandan dәrin tәşviş duyduğunu bildirib. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, nazir Bengin Yunanıstanda nәşr olunan "Ta Nea" qәzetinә verdiyi müsahibәsındә Türkiyә ilә İsrail arasındakı böhranın müvәqqәti olub-olmadığı sualını cavablayərkən, "Bilmirәm, ancaq vәziyyәtdәn tәşviş duyuram. Hökumәtim bundan narahatdır" deyib.

Türkiyәnin İran, Suriya vә livan ilә yeni ittifaq axtarışında olduğunu ifadə edәn Bengin, bu vәziyyәtin isә İsrail vә Avropa üçün tәhlükә yaratdığını vurğulayıb.

Türkiyinin BMT Tәhlükәsizlik Şurasında, İranın nüvә proqramı ilә bağlı bu ölkәyә embarqo tәtbiq edilmәsini nәzәrdә tutan qәrara mәnfi sәs verdiyini xatırladan nazir, Nato üzvü olan Türkiyәnin bu hәrәkәtini dәrk etmәkdә çәtinlik çәkdiklәrini qeyd edib.