“Qəbələ” hazırlıqları davam etdirir

31 Yanvar 2018 10:50 (UTC+04:00)

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 10-cu gününü başa vurub. Komanda günü axşam məşqi ilə yekunlaşdırıb.

Günün yeganə hazırlığı meydançada baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında məşq edən futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.