“BakuBuild” XVI Azərbaycan Beynəlxalq inşaat sərgisi başa çatıb

24 Oktyabr 2010 05:36 (UTC+04:00)

Dünyanın 25 ölkəsindən 260-dək şirkətin iştirakı ilə Bakı Sərgi Mərkəzində keçirilən "BakuBuild" XVI Azərbaycan Beynəlxalq inşaat sərgisi oktyabrın 23-də başa çatıb.

SİA-nın məlumatına görə, sərgi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Arxitektorlar İttifaqının dəstəyi ilə keçirilib.

"BakuBuild" ilə eyni vaxtda keçirilən daha iki sərgi - "Aqua-Therm Baku" - 2-ci Beynəlxalq istilik, havalandırma və kondisionerləşdirmə sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları və üzgüçülük hovuzu, həmçinin "Caspian MebelExpo" 8-ci Beynəlxalq mebel, interyer və dizayn sərgiləri həm paytaxt sakinlərinin, həm də respublikamızın çoxsaylı qonaqlarının böyük marağına səbəb olub.

Dörd gün ərzində minlərlə ziyarətçi sərgi ilə tanış olmuş, iştirakçı şirkətlər arasında müqavilələr imzalanıb.