Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Türkiyədə tədbir keçiriləcək

30 Yanvar 2018 16:17 (UTC+04:00)

19-23 fevral 2018-ci il tarixində Türkiyənin İstanbul şəhərində “İSTAD – İstanbul” Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

SİA-nın məlumatına görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi də sözügedən tədbirə dəvət alıb.

“İSTAD – İstanbul” Türkiyə - Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında, Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə məktəb kollektivi həmin tədbirdə konsert proqramı ilə çıxış edəcək.