İspaniya La Liqasının 21-ci turunda "Alaves"i qəbul edən "Barselona" hesabda geri düşsə də, sonda 3 xalı qazana bilib - 2:1. SİA-nın məlumatına görə, qələbə qolunu cərimə zərbəsindən Lionel Messi rəqibin qapısından keçirib. Argentinalı ulduz Primera karyerasında cərimə zərbəsindən 21-ci qolunu vurub. Messi bu baxımdan 2003/04 mövsümündən etibarən hesablandıqda Ronaldonu (20) geridə qoyub. Bundan başqa, "Barselona" Liqada məğlubiyyətsizlik seriyasını 21-ə çatdırıb. Klub rekordu olan bu göstəricini katalonlar 2009/10 mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altnda müəyyən etmişdi.