“Qəbələ” klubu “VİT-Corciya” ilə qarşılaşıb

29 Yanvar 2018 12:08 (UTC+04:00)

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Gürcüstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, 2017/18 mövsümünün ikinci yarısına hazırlığı Tiflisdə davam etdirən “qırmızı-qaralar” “VİT-Corciya” klubu ilə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şətaitində keçən matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. Fasilədən sonra qol imkanlarından daha yaxşı istifadə edən Gürcüstan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Yanvarın 26-dan qonşu ölkədə hazırlıq keçən əvəzedicilər növbəti yoxlama matçına ayın 28-də çıxacaq. Emin İmaməliyevin yetirmələri “Saburtalo” klubunun əvəzediciləri ilə qarşılaşacaq.