Texasda silahlı atışma: 5 nəfər həlak olub

29 Yanvar 2018 01:04 (UTC+04:00)

ABŞ-ın Texas ştatında yerləşən avtoyuma məntəqələrindən birində baş verən silahlı atışma nəticəsində 5 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

Belə ki, hadisə Melkroft şəhərində yerli vaxtla 03:00 radələrində baş verib. Polisin bildirdiyinə görə, olay zamanı daha bir insan da xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.