Yığma komandamız məğlub oldu

23 Oktyabr 2010 18:38 (UTC+04:00)
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilk oyununu keçirib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız məğlub olublar. Rəqib komandamızın qapısından 2 cavabsız top keçirib.