Uçuq adətən ağız və dodaq ətrafında əmələ gələn və tibbdə Herpes simplex adı verilən virusun səbəb olduğu xəstəlikdir. Aparılan tədqiqatlar göstərmişdir ki, təqribən dünya əhalisinin 80%-i ömürlərində ən azı bir dəfə bu xəstəliyi keçirmişlər.
Uçuq çıxacaq bölgədə təqribən 24 saat əvvəldən qaşınma, qızarma, yanma hiss olunur. Daha sonra bu əlamətləri şişmə və sulu qabarlar əvəz edir. Bu qabarlar isə danışarkən, gülərkən, yemək yeyerkən ağrı verməyə başlayır.
Bəli, uçuqlama yoluxucu bir xəstəlikdir. Uçuğu olan bir insanın istifadə etdiyi dəsmal, stəkan, qaşıq və s. kimi əşyalardan istifadə etmək və ya onunla öpüşmək Herpes simplex virusunun yoluxması ilə nəticələnə bilər.
Uçuqlamaya səbəb olan Herpes simplex virusu insan vücuduna daxil olaraq uçuqlama üçün lazım olan şəraiti yəni insan vücudunun zəifləməsini immunitetin aşağı düşməsini gözləyir.
Uçuqlama :
• Stress
• Soyuqdəymə, qrip, yüksək hərarət
• Həddən artıq yorğunluq və yuxusuzluq
• Hormonal dəyişikliklər
• Hədsiz günəş şüaları altında olmaq zamanı ortaya çıxır
• Uçuğa toxnulmamalı, toxunulursa əllər çox yaxşı yuyulmalıdır
• Uçuğa toxunduğunuz əllə gözlərə toxunmaq olmaz, makiyajı təmizləyərkən ehtiyatlı olmaq lazımdır
• Xüsusilə, körpələr, uşaqlarr və digər insanlar öpülməməli, yaxın təmasdan çəkinməlidir..
• Uçuqlu insanın istifadə etdiyi dəsmal, stəkan, qaşıq və s. əşyalar ayırılmalı və başqalarının istifadəsinə imkan verilməməlidir
• Uçuq və uçuq yarasının qabığı ilə oynanılmamalıdır.
Qarşısını alma və ya müalicə vasitələri:
İlk öncə uçuğun yaranma hallarını, səbəbləri aradan qaldırmaq lazımdır. Məsələn: stresə səbəb olan vəziyyətdən uzaqlaşmaq, dincəlmək və yaxşı yatmaq, dodaq üçün qoruyucu kremlərdən istifadə etmək. Bütün bunlara baxmayaraq uçuq yenə əmələ gələ bilər.
Uçuğun yaratdığı rahatsızlıqları : uçuğun üzərindəki bakteriya infeksiyasının yayılmasının qarşısını almaq üçün tibbi spirt və antiseptik dərmanlardan; ağrını azaltmaq üçün həmin yerə buz qoymaq və ya ağrıkəsici dərmanlardan istifadə edilir.
Uçuğun müalicəsində ən təsirli vasitə - antiviral uçuq kremidir. İlk əlamətlər (qaşınma, qızarma, yanma ) hiss edildikdə o nöqtəyə qısa aralarla kremi vurmaq lazımdır.