Tayvanda zəlzələ olub

27 Yanvar 2018 04:45 (UTC+04:00)

Tayvanda 4,5 maqnitudalı zəlzələ baş verib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Taytunq şəhərindən 27 kilometr şimal-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.