ATMU-da aparılan elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq jurnallarda

26 Yanvar 2018 13:18 (UTC+04:00)

Universitetin əməkdaşları Turizm və Qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərovanın “İqtisadi artımda turizm nəqliyyatının inkişafının rolu” və Menecment kafedrasının müəllimi Aqil Vəliyevin “İqtisadiyyat, mədəniyyət və mədəni diplomatiya arasında əlaqə” adlı məqalələri Rumıniyanın Spiru Haret Universitetinin İqtisadi seriyasına daxil edilib. SİA-nın məlumatına görə, jurnal istinad indeksinə malik olmaqla sahə üzrə tanınmış tədqiqatların yayılmasını təmin edir.

“İqtisadi artımda turizm nəqliyyatının inkişafının rolu” məqaləsində turizmin inkişafında nəqliyyatın rolu, turizm nəqliyyatında beynəlxalq təcrübə və ölkədə nəqliyyat turizminin mövcud vəziyyəti araşdırılaraq təhlil olunmuş və gələcək inkişafı üçün təkliflər verilib.

“İqtisadiyyat, mədəniyyət və mədəni diplomatiya arasında əlaqə” məqaləsində isə “iqisadiyyat” və “mədəniyyət” arasında zidiyyətlər araşdırılaraq mədəniyyətin iqtisadi inkişafa necə təsir etdiyi müəyyənləşdirilib və ölkəmizin iqtisadi inkişafında mədəniyyətin rolu təhlil edilib.