Eyyub Yaqubov konsert verəcək

25 Yanvar 2018 13:05 (UTC+04:00)

Əməkdar artist Eyyub Yaqubov solo konsertə hazırlaşır. SİA-nın məlumatına görə, konsert iyunun 22-də “Yaşıl Teatr”da baş tutacaq.

Müğənni tədbirin hazırlıqlarına indidən başlayıb. Konsertin afişaları artıq şəhərin müxtəlif yerlərinə yerləşdirilib. Biletlər 20 manatdan 100 manata kimidir.