Bir qrup alim tərəfindən faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatlar aparılır. Trend -in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edərkən deyib.
Akademik bildirib ki, nəticə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübədən keçirilib. Yaxın vaxtlarda tədqiqatın nəticəsi AMEA Yüksək Texnologiyalar Parkında test ediləcək.