Bu pis vərdiş insultun riskini artırır! Xəbərdarlıq

24 Yanvar 2018 05:31 (UTC+04:00)

Yaponiya alimləri araşdırmalar nəticəsində sensasion nəticələrə gəliblər. Onlar sübut edir ki, səhər yeməyindən daim imtina edən insanlarda gemorragik insultun inkişafı riski 36% artır. Japan Times xəbər verir ki, Osaka Universiteti alimləri 25 il ərzində 45 yaşdan 74 yaşına qədər olan 80 mindən artıq insanların sağlamlığına nəzarət edirdilər.

Araşdırma göstərib ki, səhər yeməklərindən tez-tez imtina edən insanlarda gemorragik insultun riski xeyli artır. Alimlər səhər yeməklərinin vacibliyini vurğulayırlar və insanlara bu vacib qida qəbulundan imtina etməməyi tövsiyə edirlər.