YAP Qubadlı rayon təşkilatı ağacəkmə aksiyası keçirib

23 Yanvar 2018 13:35 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyi münasibətilə YAP Qubadlı rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya keçirib.

Partiyanın rayon təşkilatından SİA-ya bildirilib ki, Qubadlı rayonundan olan məcburi köçkünlərin yaşadığı Sumqayıt şəhər 41-ci məhəllədə yerləşən 10 saylı peşə liseyinin və Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbinin fəaliyyət göstərdiyi ərazinin ətrafında rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri tərəfindən 300-dən çox ağac əkilib.