Bəhram Əliyev: "Baytarlarımız camış ətinin gətirildiyi ölkəyə gedəcəklər" - MÖVQE

22 Oktyabr 2010 21:56 (UTC+04:00)
Camış əti ən keyfiyyətli ətlərdən biridir. Ümumiyyətlə, camışın tək əti deyil süd məhsulları da çox keyfiyyətli olur. SİA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev belə deyib. Onun sözlərinə görə, gətirilmiş camış əti bütün keyfiyyətlərə cavab verir: "Tərəfimizdən bütün yoxlamalar aparılıb və bu yönümdə bir çox işlər görmək niyyətindəyik. O cümlədən, biz bir neçə baytarlarımızı camış ətlərinin gətirildiyi ölkəyə göndərmək barədə qərar qəbul etmişik. Danışıqlar çərçivəsində, ətlərin hansı yollarla gətirilməsi barədə də qərarlar qəbul ediləcək."