Avropa Birliyi 2011-ci il üçün Ermənistana daha 165 milyon avro kredit ayırmağı nəzərdə tutub
21 Oktyabr 2010 21:35 (UTC+04:00)
Avropa Birliyi 2011-ci il üçün Ermənistana 52 milyon avro qrant ayırıb. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, gələn il qurum Ermənistana daha 165 milyon avro kredit ayırmağı nəzərdə tutub.
Bu məsələyə münasibət bildirən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanla Avropa Birliyi arasında əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini vurğulayıb.