Coşqun Rəhimov 7 saata 3 əməliyyat etdirdi VİDEO

17 Yanvar 2018 09:46 (UTC+04:00)

Əməkdar artist Coşqun Rəhimov yenidən əməliyyat olunub. SİA-nın məlumatına görə, “Bu şəhərdə”nin aktyoruna burnunda plastik müdaxilə edilib. Həkimlər aktyoru 7 saat ərzində 3 əməliyyat ediblər.

Aktyorun əməliyyatdan sonrakı görüntüləri sosial şəbəkədə paylaşılıb. Yenicə narkozdan ayılan Rəhimov özünü yaxşı hiss etdiyini bildirib.