“Bakı” və “Azərreyl” Superliqanın açılış matçında qarşılaşacaqlar

21 Oktyabr 2010 10:51 (UTC+04:00)

"Bakı" və "Azərreyl" voleybol klubları voleybol üzrə Azərbaycan Superliqasının açılış matçında qarşılaşacaqlar. Bu matçın noyabrın 29-da keçirilməsi planlaşdırılır.

SİA-nın məlumatına görə, püşkatmanın nəticələrinə görə, Superliqanın birinci turunda "İqtisadçı"–"Rabitə" və "Şirvan"–"Lokomotiv" cütlükləri də qüvvələrini sınayacaqlar.