Pakistanın iqtisadi paytaxtı Karaçi şәhәrindә iğtişaşlar sәngimәk bilmir. SİA-nın məlumatına görə, siyasi, etnik vә dini qarşıdurmalarda daha 12 nәfәr ölüb.
Qeyd edәk ki, Karaçidә Hindistan mühacirlәri, Peştunlar vә yerli xalq Sindilәr arasında uzun illәrdi düşmәnçilik davam edir. Son hadisәlәrә isә әyalәt mәclisi seçkilәri zamanı siyasi partiyalar arasında yaranan rәqabәtin sәbәb olduğu bildirilib.