XİN başçısı Fransaya səfər edəcək

15 Yanvar 2018 18:55 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 17-18-də Fransada işgüzar səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Fransadan olan həmkarı və digər rəsmi şəxslər, həmçinin UNESCO-nun rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.