Nikola Sterjen: “Şotlandiya üçün qərar verəcəm”

15 Yanvar 2018 16:16 (UTC+04:00)

Şotlandiyanın baş naziri Nikola Sterjen Birləşmiş Krallıq və Avropa İttifaqı arasındakı Breksit müqaviləsinin dəqiqliyə qovuşacağından sonra ikinci dəfə müstəqillik referendumu keçirib-keçirməyəcəklərinə qərar veriləcəyini bildirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nikola müsahibəsində deyib: “Payız aylarında gələcəkdəki münasibətlərin necə olacağını dəqiqləşdirməliyik. Mən də o vaxt Şotlandiya üçün necə bir addım atmalı olacağımıza dair qərar verəcəm”.

Qeyd edək ki, iki il əvvəl Şotlandiyada müstəqillik referendumu keçirilib. Amma səsvermədə iştirak edən yerli xalqın 55.4%-i Birləşmiş Krallığın tərkibində qalmağı üstün tutub.