"SOCAR Azərbaycan" komandası kişilər arasında Bolqarıstanın Plovdiv şəhərində keçirilən şahmat üzrə 26-cı Avropa klubları kuboku turnirinin 3-cü turunda Ukraynanın "A DAN DZO PGMB" klubunu 3,5:2,5 xal hesabı ilə məğlub edib.
SİA oyunların nəticələrini nəzərinizə çatdırır:
Şəhriyar Məmmədyarov – Baadur Cobava 1:0
Теymur Rəcəbov – Anton Korobov 0,5:0,5
Aleksandr Qrişuk-Sergey Jiqalko 1:0
Aleksey Şirov –Vladimir Baklan 0,5:0,5
Mаksim Vaşye -Laqrav –Sergey Azarov 0,5:0,5
Rüstəm Kasımcanov –Aleksandr Lastin 0:1.
Qeyd edək ki, "SOCAR Azərbaycan" 3 turdan sonra 6 komanda xalı ilə 4-cü pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən turnir 7 turdan ibarətdir. Yarış oktyabrın 23-də başa çatacaq.