Bu il “YARAT”ın ilk qonağı kikboksçu Zabit Səmədov olacaq

15 Yanvar 2018 11:01 (UTC+04:00)

“YARAT” Müasir İncəsənət Mərkəzinin budəfəki qonağı tanınmış idman ustası, məşhur kikboksçu Zabit Səmədov olacaq. SİA-nın məlumatına görə, yanvarın 17-də idmançı ilə reallaşacaq görüş zamanı o, idman təcrübəsi və nailiyyətləri barədə qonaqlara məlumat verəcək, onu qələbəyə aparan həyat yolundan danışacaq.

Eyni zamanda, idmançı “YARAT”da nümayiş olunan “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgisi ilə tanış olacaq, təəssüratlarını bölüşəcək.

İdmançı ilə görüş arzusunda olan hər kəs tədbirdə iştirak edə bilər.