Hakerlər Ərdoğana görə “Der Şpigel” nəşrini cəzalandırdı

15 Yanvar 2018 00:03 (UTC+04:00)

Almaniyanın “Der Şpigel” nəşrinin redaktoru Klaus Brinkbaumerin Tvitter hesabı hakerlər tərəfindən ələ keçirilib. Axar.az xəbər verir ki, hakerlər redaktorun hesabına Türkiyə bayrağı və bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu yerləşdiriblər.

Paylaşımların yuxarısında isə alman dilində “Bugünə kimi yayımladığımız xəbərlərdən dolayı Türkiyə dövləti və prezident Rəcəb Tayyib Ərdoğandan üzr istəyirik”, deyə qeyd edilib. Həmçinin hesabın adı da “@BrinkbaeumerTR” olaraq da dəyişdirilib.