"Qəbələ"nin sabiq üzvü Fakundo Pereyra karyerasını ölkəsində davam etdirəcək.
Qol.az-ın məlumatına görə, argentinalı yarımmüdafiəçi ölkəsinin "Ximnasiya" klubuna keçib. 30 yaşlı futbolçu yeni komandası ilə 1,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 2015-ci ildə PAOK-dan icarəyə götürülən Pereyra "Qəbələ"nin heyətində 14 oyun keçirib və 4 qol vurub.