Bakıda dayanacaqlar dəyişdirildi FOTO

11 Yanvar 2018 17:39 (UTC+04:00)

Bakıda fəaliyyət göstərən 175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, bu xətt üzrə Hövsan şosesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub. Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib. Sərnişinlərin rahat şəkildə BakıKart əldə etməsi eyni zamanda kart balanslarını artıra bilməsi üçün 6 məntəqədə “MilliÖn” terminalları quraşdırılıb.

Qeyd edək ki, yanvarın 13-dən etibarən 175 saylı marşrut xəttində "BakuBus"un avtobusları xidmət göstərəcək.