Fransada tüğyan edən "Eleanor" qasırğası insan tələfatı və dağıntılara yol açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qasırğa nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb. Yuxarı Marna rayonu Departamentinin rəsmi "Twitter" səhifəsində qasırğanın yeddinci qurbanının meyitinin Ruvr-Syur-Ob yaşayış məntəqəsində tapıldığı bildirilir.